Gəlin Amerikaya gedək ?
Gəlin Amerikaya gedək amma bu dəfə xaricə yox, daxili dünyamıza.
Hər birimiz daha yaxşı bir həyat istəyirik. Daha sistemli, daha güvənli, daha şəffaf bir cəmiyyətin xəyalını qururuq. Amerikaya baxır və deyirik “Kaş bizdə də belə olaydı.”
Sadəcə bunun üçün ilk sualımızı, məsələyə yanaşmamızı kökündən dəyişməliyik.
Biz niyə Amerika deyilik ? yox Biz necə Amerika ola bilərik ? sualımız bu olmalıdır.
Dəyişiklik haradan başlayır? Hər birimizdən. Daxilimizdəki fərqindəliyi artıraraq Qafqazda öz daxili Amerikamızı yarada bilərik. Əsas məsələ düşüncə vərdişlərimizdə yatır.
Zibil atmadığın küçə, sözünü kəsmədiyin insan, növbəyə hörmət etdiyin an, oxuduğun bir kitab…
Bu kimi kiçik görünən lakin önəmli məqamlar gələcək "Amerikamız" üçündür.
Amerika olmaq üçün vizaya yox, daxili inkişafa ehtiyac var.
Gəlin Amerikaya gedək - düşüncəylə, mədəniyyətlə, hörmətlə, fikirlə, əməklə və yaratmaqla.
Çünki Amerika olmaq istəyirsənsə, gündəlik vərdişlərini dəyiş.