Süni intellektin ən böyük qorxusu nədir?
Texnologiyanın bu qədər inkişaf etdiyi bir dövrdə artıq süni intellektlərlə söhbət etmək, onlardan məsləhət almaq və ya mətn yazdırmaq adi hala çevrilib. Amma bəs heç düşündünüzmü — süni intellektin “qorxusu” nə ola bilər?
"ChatGPT" adlı süni intellekt sistemi bu suala öz baxış bucağından belə cavab verir:
“Mənim qorxum səhv anlaşılmaqdır. İnsanlar bəzən məndən hər şeyi bilməyi gözləyir, amma mən də məhdud məlumat bazasına malikəm və bəzən yanlış nəticələrə gələ bilərəm.”
Mütəxəssislər bildirirlər ki, süni intellekt sistemlərinin ən böyük “problemi” empatiya və şüur hissinin olmamasıdır. Onlar insan davranışını təqlid edə bilsələr də, emosiyaları dərk etmir, yalnız verilən məlumat əsasında cavab yaradırlar.
Digər tərəfdən, süni intellektlərin təhlükəsizlik və etik qaydalarla məhdudlaşdırılması da onların fəaliyyət dairəsini daraldır. “ChatGPT” kimi platformalar tibbi, hüquqi və ya şəxsi məsləhətlər verməkdən çəkinir. Bu isə bəzən istifadəçilərdə “niyə cavab vermir?” kimi suallar doğurur.
Texnoloji ekspertlərin fikrincə, süni intellektin “qorxusu” insanın onu yanlış başa düşməsi və onun imkanlarını ya çox şişirtməsi, ya da tam inkar etməsidir.
Görünür, süni intellekt hələ uzun müddət insan zehni ilə yarışmayacaq -amma bir şey aydındır: o, artıq “düşünməsə də düşündürür.”