"Alimlər insanların daha xoşbəxt olduqları vaxtı açıqladılar"
London Universitet Kollecinin alimləri, insanların əksəriyyətinin səhər saatlarında daha xoşbəxt hiss etdiyini müəyyən ediblər. Tədqiqat nəticələrinə görə, gecə isə əhval-ruhiyyə daha çox pisləşir.
Tədqiqatın məlumatları təxminən 50 min nəfərin iştirak etdiyi genişmiqyaslı bir layihədən əldə edilib və nəticələr "BMJ Mental Health" jurnalında dərc olunub. İki il davam edən bu tədqiqat çərçivəsində iştirakçılar əhval-ruhiyyələri, xoşbəxtlik səviyyələri və digər psixi sağlamlıq aspektləri ilə bağlı suallara cavab veriblər.
Müşahidələr göstərib ki, həftənin günləri və fəsillər insanın emosional vəziyyətinə böyük təsir edir. Çərşənbə axşamları və yay aylarında insanlar özlərini daha şən və optimist hiss edirlər. Həftəsonları isə psixi sağlamlıqda daha böyük dalğalanmalar yaşanır, bu da həftəiçi günlərindəki daha sabit emosional vəziyyətdən fərqlənir.
Alimlər, əhval-ruhiyyənin bu cür dəyişməsini bioloji saatın və xüsusən də kortizol hormonunun səviyyəsinin təsiri ilə izah edirlər. Səhər kortizolun pik səviyyəsi əhval-ruhiyyəni yüksəldir, axşam isə bu hormonun azalması insanlarda daha pis bir hiss yaratmağa səbəb olur.
Etiketlər
Şərh / Cavab göndərən
Oxşar Postlar
Recent Posts
Mingəçevir Dövlət Univers...
- Post edən Səbinə
- avqust 8, 2026
Azərbaycan Jurnalistlər B...
- Post edən Aynur
- avqust 2, 2026
MDU və Marmara Universite...
- Post edən Səbinə
- iyul 17, 2026
Mingəçevir Dövlət Univers...
- Post edən Səbinə
- iyul 13, 2026
Recommended Posts
-
Yorucu İş Günündən Sonra...
- Post edən Səkinə
- fevral 10, 2025
-
Təlimçi bolluğu: Həqiqi m...
- Post edən Qurban
- fevral 9, 2025
-
"Alimlər insanların daha...
- Post edən Səkinə
- fevral 10, 2025