İqlim düşməni " Chat GPT"
Texnologiya araşdırmaçısı Keyt Krouford bildirir ki, ChatGPT kimi süni intellekt proqramları iqlimə ziyan vurur. Onun sözlərinə görə, bu sistemlər çox enerji sərf edir və böyük karbon izi buraxır.
ChatGPT işləyərkən və təlim keçərkən minlərlə kompüter eyni anda işləyir. Bu da çoxlu elektrik enerjisi və su istifadə olunur deməkdir. Krouford deyir ki, süni intellekt texnologiyaları “görünməz olsa da”, onların arxasında ətraf mühiti çirkləndirən böyük infrastruktur dayanır.
O, şirkətləri bu sahədə daha məsuliyyətli olmağa çağırır. Süni intellekt faydalı ola bilər, amma onun təbiətə təsiri də nəzərə alınmalıdır.