İnsanları tanımaq asandır ?
"Boş verin kəlmələri, mimikalar daha düzgün danışır" Çarlz Darvin
Hər gün insanlarla ünsiyyətdəyik. Baxırıq, dinləyirik, danışırıq. Bəzilərinə inanırıq, bəzilərinə isə şüphə ilə yanaşırıq. Amma bu qərarların nə qədər dəqiq olduğunu heç düşünmüsünüz ? Bəzən saniyənin də bir hissəsində görünən bir üz ifadəsi, dediyi bütün sözlərdən daha çox şey deyə bilər.
Bu cür ani reaksiyalar psixologiyada mikroifadə adlanır. Mikroifadələr - insanın üzündə qeyri-iradi şəkildə yaranan, çox qısa müddət davam edən emosional halətdir. İnsan hisslərini gizlətməyə çalışsa da, bədən onu bir anlıq üzə çıxarır. Məsələn, gülümsəyən biri, əslində narahat və ya qəzəbli ola bilər - bunu isə gözlərdəki gərginlik, qaşların hərəkəti və digər incə detallar ələ verir.
Alimlərin araşdırmalarına görə, mikroifadələr insanın iç dünyasını anlamaq üçün ən doğru siqnallardan biridir. Onlar sözlərə baxmayaraq, gerçək duyğunu ortaya qoyur. Psixoloqlar, istintaqçılar və siyasətçilər bu ifadələri analiz edərək qarşı tərəfin niyyətini daha dəqiq təhlil edirlər.
Baxmaqla görmək arasındakı fərq məhz burdan başlayır. Sözlərə deyil, bəzən o bir saniyəlik ifadəyə diqqət etmək kifayətdir. Güclü müşahidə qabiliyyətiniz varsa, insanı tanımaq,bəli, asandır.
Şərh / Cavab göndərən
Oxşar Postlar
Recent Posts
Mingəçevir Dövlət Univers...
- Post edən Səbinə
- iyun 3, 2026
“Start Fizika” qrant layi...
- Post edən Səbinə
- may 30, 2026
Şagirdlər “Yaşıl Bağ” lay...
- Post edən Səbinə
- may 26, 2026
“Yaşıl Bağ” layihəsi çərç...
- Post edən Səbinə
- may 26, 2026
Recommended Posts
-
Yorucu İş Günündən Sonra...
- Post edən Səkinə
- fevral 10, 2025
-
Təlimçi bolluğu: Həqiqi m...
- Post edən Qurban
- fevral 9, 2025
-
"Alimlər insanların daha...
- Post edən Səkinə
- fevral 10, 2025