Azərbaycandan atmosferə atılan çirkli maddələrin miqdarı açıqlandı
Azərbaycandan atmosferə atılan çirkli maddələrin miqdarının 144 min ton olduğu açıqlanıb. Hazırda, bu rəqəmin gözləniləndən artıq olduğu deyilir.
Bəs bunun qarşısını almaq üçün hansı tədbirlər görülməkdədir?
Mövzu ilə bağlı açıqlama verən ekoloq Rövşən Abbasov deyib ki, hər il Azərbaycanda Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən çirklənmə mənbələrinin inventarlaşdırılması aparılır. İnventarlaşdırılma dedikdə atmosferi çirkləndirən müəssisələrin müəyyən olunması nəzərdə tutulur:
"Hazırda çirklənmənin qarşısnı almaq üçün tədbirlər görülməkdədir. Məsələn, avtomobil sektorunda tədricən yaşıl nəqliyyata keçid dəstəklənir. Azərbaycana elektriklə işləyən maşınların gətirilməsi artır. Bu avtomobillər şəhər daxilində işləyən zaman ətraf mühitə heç bir çirkləndirici hava yaymır. Azərbaycanda bu sahəni stimullaşdırmaq üçün ölkəyə itxal olunan elektrikli avtomobillərə gömürük risumu qoyulmayıb. Bundan başqa Bakıda işləyən bütün avtobuslar elektrikli avtobuslarla əvəzlənəcək.
Ölkə ərazisində atmosferə atılan istixana qazlarının 35 faiz azalmasını nəzərdə tutulur. İstixana qazları azaldığı zaman digər çirkləndirici maddələr də azalır. Məsələn, biz karbon qazını azaldırıqsa, azot oksidləri də minumuma enməyə başlayır.
Azərbaycanda hazırda günəş və külək stansiyaları tikilir. Bu da enerji sektorunda dəyişmələrə şərait yaradacaqdır".
Şərh / Cavab göndərən
Oxşar Postlar
Recent Posts
Mingəçevir Dövlət Univers...
- Post edən Səbinə
- iyun 3, 2026
“Start Fizika” qrant layi...
- Post edən Səbinə
- may 30, 2026
Şagirdlər “Yaşıl Bağ” lay...
- Post edən Səbinə
- may 26, 2026
“Yaşıl Bağ” layihəsi çərç...
- Post edən Səbinə
- may 26, 2026
Recommended Posts
-
Yorucu İş Günündən Sonra...
- Post edən Səkinə
- fevral 10, 2025
-
Təlimçi bolluğu: Həqiqi m...
- Post edən Qurban
- fevral 9, 2025
-
"Alimlər insanların daha...
- Post edən Səkinə
- fevral 10, 2025