Süni intellekt niyə pulsuzdur?
Süni intellektin pulsuz olumasını əsas gətirərək bildirirlər ki, biz bu texnologiyanı öyrədən əsas işçilərik. Modellərin daha dəqiq və insan düşüncəsinə yaxın olması üçün davamlı şəkildə insan rəylərinə ehtiyac var. Bu proses üçün ayrıca işçilər cəlb edilsəydi, böyük maliyyə xərcləri tələb olunardı. Məhz buna görə texnologiya pulsuz şəkildə geniş kütləyə açılaraq həm məlumat bazası böyüdülür, həm də sistem daim təkmilləşdirilir. Digər tərəfdən, süni intellektə gündəlik həyat səviyyəsində alışqanlıq yaradılaraq uzunmüddətli asılılıq formalaşdırır.
İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis Asif Rzayevin sözlərinə görə, süni intellekt insan rəyləri əsasında inkişaf edir və geniş istifadəçi bazası bu proses üçün vacib amildir. Mütəxəssisin fikrincə, süni intellekt sadə və rutin qərarlarda insanları passivləşdirir, lakin düzgün istifadə edildikdə düşüncə və analitik bacarıqları daha strateji səviyyədə inkişaf etdirir. 5 il sonra hər şeyi süni intellektin etməsi ehtimalı yoxdur. İnsanlar hələ də hədəf müəyyənləşdirməli, kritik qərarlar verməli, etik və sosial konteksti qiymətləndirməlidir.
Süni intellekt insanı əvəz etmir, onu tamamlayır. Məsələn, e-mail, kod yazmaq, məlumat toplamaq AI-ni sürətləndirir, amma ideya və strategiya hələ də insana məxsus qalır. Əgər biz aktiv öyrənməyə və məntiqi təhlil etməyə davam etsək, süni intellekt bacarıqlarımızı zəiflətməz, əksinə, genişləndirə bilər