Qaranlıq Rejim
Image
  • çərşənbə, 13 may 2026
Onlayn məkanda yeni qadağa: Əxlaqsız jest və ifadələr artıq qanunla cəzalandırılacaq

Onlayn məkanda yeni qadağa: Əxlaqsız jest və ifadələr artıq qanunla cəzalandırılacaq

Azərbaycanda internet məkanında ictimai davranış qaydaları sərtləşdirilib. Prezident İlham Əliyev “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna edilən dəyişiklikləri təsdiqləyib.

Yeni dəyişikliklərə əsasən, sayt və sosial şəbəkələrdə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ictimai mənəviyyatı təhqir edən hərəkətlərin yayılması qadağan olunur. Qanunda qeyd edilir ki, kütləvi şəkildə nümayiş etdirildiyi halda əxlaqsız ifadələrin səsləndirilməsi, bu cür məzmun təəssüratı yaradan jestlərin edilməsi, eləcə də bədən hissələrinin insan əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsi yolverilməz hesab ediləcək.

Dəyişikliklərin əsas məqsədi onlayn məkanda etik davranış normalarının qorunması, cəmiyyətin mənəvi dəyərlərinin müdafiəsi və sosial şəbəkələrdə artan nalayiq məzmunun qarşısının alınmasıdır. Yeni qaydalar həm fərdi istifadəçilərə, həm də informasiya yayımı ilə məşğul olan platformalara məsuliyyət yükləyir.

Qanunvericiliyə edilən bu dəyişikliklərin xüsusilə gənclərin mənəvi mühitinin qorunmasına və internet resurslarında sağlam informasiya mühitinin formalaşdırılmasına xidmət etdiyi bildirilir.

Şərh / Cavab göndərən

Popular Posts

Bülleten

Yeniləmələri almaq üçün poçt siyahımıza abunə olun!