Lerikdə 30 yaşlı kişinin meyiti tapılıb
Gunboyu.az "APA" ya istinadla bildirir ki, Lerik Rayon İcra Hakimiyyəti başçısının Kiravud kənd ərazisi üzrə icra nümayəndəsi, 1994-cü il təvəllüdlü Şəfiq Şaiq oğlu Əliyevin meyiti aşkar edilib. Onun intihar etdiyi deyilir.
Lerik Rayon İcra Hakimiyyətindən də hadisəni təsdiqləyiblər. Ş.Əliyevin işində nümunəvi, verilən tapşırıqları vaxtında yerinə yetirən, gözəl xasiyyətli biri olduğu bildirilir.
30 yaşlı Şəfiq Əliyev günorta saat 13:00-da işdə olarkən ona verilən tapşırığı yerinə yetirmək üçün əraziyə çıxıb.
Bundan sonra onun mobil telefonuna zəng çatmayıb. Axşam saat 19:00-da isə yaxınları tərəfindən axtarılan icra nümayəndəsinin avtomobili Boykənd kənd qəbiristanlığının girişində aşkarlanıb.
Ş. Əliyevin yaxınları qəbiristanlığı axtararkən onun meyiti içəridə, ağacdan asılı vəziyyətdə tapılıb.
Meyit daxili və xarici müayinə üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.
Lerikdə meyiti tapılan vəzifəli şəxsin görüntüsü yayılıb.

Şərh / Cavab göndərən
Oxşar Postlar
Recent Posts
Recommended Posts
-
Yorucu İş Günündən Sonra...
- Post edən Səkinə
- fevral 10, 2025
-
Təlimçi bolluğu: Həqiqi m...
- Post edən Qurban
- fevral 9, 2025
-
"Alimlər insanların daha...
- Post edən Səkinə
- fevral 10, 2025