“Yay Fest”in “Vətənpərvərlik” düşərgəsi gənclərin yaddaşında silinməz izlər buraxdı
Şamaxıda “Yay Fest”in “Vətənpərvərlik” düşərgəsi gənclərin yaddaşında silinməz izlər buraxdı
Günboyu xəbər verir ki, Şamaxının füsunkar təbiətində keçirilən ölkənin ən böyük gənclər festivalı – “Yay Fest”in növbəti mərhələsi başa çatıb. Festivalın altıncı düşərgəsi “Vətənpərvərlik” mövzusuna həsr olunub. Azərbaycan Respublikasının Gənclər Fondundan verilən məlumata görə, düşərgə həm ölkənin müxtəlif bölgələrindən, həm də Qazaxıstan, Özbəkistan və Qırğızıstandan gələn 250-yə yaxın gənci bir araya gətirib.
Çadır şəraitində təşkil olunan düşərgənin əsas məqsədi Vətən müharibəsində əldə edilən tarixi Qələbənin önəmini gənclərə çatdırmaq, milli-mənəvi dəyərlərə sadiqliyi möhkəmləndirmək və beynəlxalq gənclər əməkdaşlığını təşviq etmək olub.
Proqram çərçivəsində interaktiv təlimlər, komanda işləri, motivasiya sessiyaları və görüşlər keçirilib. Gənclər “Startap bacarıqları” və “Səhnədə sən” adlı praktiki məşğələlərdə iştirak edib, həmçinin ekoloji mövzuda master-klaslarda yeni bacarıqlar qazanıblar. Düşərgənin qonaqları arasında tanınmış sənətçilər Rafael İsgəndərov və Coşqun Rəhimov, Vətən müharibəsi qaziləri, Qərbi Azərbaycan İcmasının sədri Misir Mərdanov və televiziya aparıcısı Jalə Həsənli də olub. Onların çıxışları və söhbətləri iştirakçılar üçün xüsusi motivasiya mənbəyinə çevrilib.
Düşərgə günlərində təşkil olunan intellektual oyunlar, mədəniyyət gecələri və konsert proqramları gənclərin həm biliklərini, həm də yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməyə imkan yaradıb. Ocaq başında keçirilən səmimi müzakirələr isə müxtəlif ölkələrdən gələn gənclərin dostluq bağlarını daha da möhkəmləndirib.
Qeyd edək ki, ümumilikdə 2000-dən çox gəncin iştirakı ilə keçirilən “Yay Fest 2025” avqustun sonunadək davam edəcək. Festival çərçivəsində “Milli-mənəvi dəyərlər”, “Humanizm”, “Həmrəylik”, “Ədalət və qanun”, “İnkişaf”, “Müstəqillik tarixi” və “Qalib diplomatiya” mövzularında müxtəlif düşərgələr təşkil ediləcək.
Azərbaycan Gənclər Fondunun dəstəyi ilə gerçəkləşən layihə “IDEA” İctimai Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, “CAVAN” Gənclər Hərəkatı və digər gənclər qurumlarının birgə təşkilatçılığı ilə həyata keçirilir. Sonuncu düşərgəyə qatılmaq istəyən gənclər http://yayfest.az/ saytından qeydiyyatdan keçə bilərlər.
Festival barədə ən son xəbərləri izləmək üçün isə “Yay Fest”in rəsmi “Instagram” səhifəsi gənclərin ixtiyarındadır.
Şərh / Cavab göndərən
Oxşar Postlar
Recent Posts
V “Cyber Summer School 20...
- Post edən Səbinə
- iyul 11, 2026
Rektor Anar Eminov: “Univ...
- Post edən Səbinə
- iyul 11, 2026
“Cyber Summer School 2026...
- Post edən Səbinə
- iyul 11, 2026
“Cyber Summer School 2026...
- Post edən Səbinə
- iyul 11, 2026
Recommended Posts
-
Yorucu İş Günündən Sonra...
- Post edən Səkinə
- fevral 10, 2025
-
Təlimçi bolluğu: Həqiqi m...
- Post edən Qurban
- fevral 9, 2025
-
"Alimlər insanların daha...
- Post edən Səkinə
- fevral 10, 2025