Qaranlıq Rejim
Image
  • bazar, 25 oktyabr 2026
Türkiyəni göz yaşlarına boğan Boludakı yanğın faciəsi

Türkiyəni göz yaşlarına boğan Boludakı yanğın faciəsi

Gunboyu.az BBC Türkcəyə istinadən xəbər verir ki, Türkiyənin Bolu vilayətində yerləşən Kartalkaya xizək mərkəzindəki oteldə baş verən yanğında 76 nəfər ölüb.

 

Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

"Həyatını itirən 52 adamın şəxsiyyəti müəyyən edilib, onlardan 45-nin meyiti ailələrinə təhvil verilib.İstintaq zamanı indiyədək 9 nəfər saxlanılıb”.

Nazir Yerlikaya, digər şəxslərin kimliklərinin müəyyən edilməsi üçün məhkəmə tibb müəssisələrində DNT araşdırmalarının aparıldığını bildirib.

Ali Yerlikaya, "Bütün suallara cavab veriləcək. Məhkəmə istintaqı və təqibi olacaq.Qəlbimizdəki ağrıları birlikdə soyutmaq üçün nə lazımdırsa, biz bir hüquq dövlətiyik, ona görə mütləq ediləcək" dedi.

“Grand Kartal Hotel”dən verilən açıqlamada “Hadisənin bütün tərəflərini aydınlaşdırmaq üçün səlahiyyətlilərlə əməkdaşlıq edirik” deyilib. Açıqlamada oteldə yanğına qarşı tədbir görülmədiyi iddialarına münasibət bildirilməyib.Açıqlamada yanğın zamanı otel sahiblərinin ailə üzvlərinin də olduğu və “Bu ağrıya ürəkdən şərik olduğumuzu bilmənizi istəyirik” ifadələri işlədilib.

Daxili işlər naziri Ali Yerlikaya əvvəlki açıqlamasında 12 mərtəbəli taxta oteldə 238 nəfərin yerləşdirildiyini bildirmişdi.

Yanğınla bağlı ilk məlumatın gecə saat 03:27-də alındığını bildirən Yerlikaya, "Otelin arxası yamac olduğu üçün müdaxilə yan və ön tərəfdən olub" deyib.

Ali Yerlikaya bildirib ki, oteldə iki yanğın nərdivanı var.

BBC Türkcəyə məlumat verən əməkdaş bildirib ki, bu pilləkənlər də xidməti məqsədlə istifadə olunub.

BBC Türkcəyə danışan yaxınlıqdakı otelin əməkdaşı yanğına yaşadıqları otelin pilləkəni ilə müdaxilə etdiklərini və “30-35” nəfəri yanğın yerindən xilas etdiklərini bildirib.Həmin əməkdaşın sözlərinə görə, ilk iki yanğınsöndürən maşını saat 04:00 radələrində Kartalkayaya gəlib. Qeyd olunur ki, bu maşınlar Dörtdivan rayonundan Kartalkayaya gələ bilər.

Yanğın zamanı oteldə olan insanlar yanğın siqnalını eşitmədiklərini və səslərə oyandıqlarını deyirlər.

 

Qeyd edək ki, yanğınla bağlı Türkiyədə bir günlük matəm elan edilib.

Türkiyəni göz yaşlarına boğan Boludakı yanğın faciəsi
Türkiyəni göz yaşlarına boğan Boludakı yanğın faciəsi
Türkiyəni göz yaşlarına boğan Boludakı yanğın faciəsi
Türkiyəni göz yaşlarına boğan Boludakı yanğın faciəsi

Şərh / Cavab göndərən