Qaranlıq Rejim
Image
  • cümə, 23 oktyabr 2026
Dağlıq ərazilərdə dumanlı hava: Yollarda görünüş məsafəsi azala bilər

Dağlıq ərazilərdə dumanlı hava: Yollarda görünüş məsafəsi azala bilər

"Gunboyu.az" xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti hava şəraitinin sürücülər üçün çətinlik yaradacağı barədə xəbərdarlıq yayıb.

Məlumata görə, dekabrın 9-da, gecə və səhər saatlarında əsasən dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti müşahidə ediləcək. Bu səbəbdən bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 700-1000 metrədək azalacaq.

Hidrometeorologiya Xidməti sürücüləri diqqətli olmağa, meteoroloji şəraiti nəzərə alaraq təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb. Mütəxəssislər xüsusilə dağ yollarında hərəkət edərkən sürətin azaldılmasını, avtomobillər arasındakı ara məsafəsinin qorunmasını və işıqlardan düzgün istifadəni tövsiyə edirlər.

Şərh / Cavab göndərən