Qaranlıq Rejim
Image
  • bazar, 25 oktyabr 2026
Şimali Kipr Türk Cumhuriyyəti - Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Qazaxıstan və Rusiyadan olan türkçü fəalların müşayiət ilə Mingəçevir musiqi məktəbinin qonağı olub - FOTO

Şimali Kipr Türk Cumhuriyyəti - Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Qazaxıstan və Rusiyadan olan türkçü fəalların müşayiət ilə Mingəçevir musiqi məktəbinin qonağı olub - FOTO

Şimali  Kipr Türk Cumhuriyyəti - Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Qazaxıstan  və Rusiyadan olan türkçü fəalların müşayiət ilə  Mingəçevir musiqi məktəbinin qonağı olub.

Günboyu.az Azmedia.Az-a istinadən xəbər verir ki multikultural mədəni dəyərlər layihəsi çərçivəsində Şimali  Kipr Türk Cumhuriyyəti - Azərbaycan Dostluq Cəmiyyətinin təşəbbüsü ilə gerçəkləşən görüş, Üzeyir Hacıbəyov adına 11 illik Mingəçevir musiqi məktəbində baş tutub.

Görüşdə dostluq cəmiyyətinin sədri və  Şimali Kipr Lisan Universitetinin prorektoru Orxan Həsənoğlu ilə yanaşı multikultural mədəni dəyərlər layihəsi və buna müvafiq Qazaxıstan və Rusiyadan layihənin yay-qış  mədəniyyət-incəsənət məktəbinin fəal iştirakçısı olan şəxslər də iştirak edib.

Musiqi məktəbi ilə tanışlıq sonrası qonaqların şərəfinə məktəbin müəllim və şagirdlərinin ifasında rəngarəng konsert proqramı nümayiş olunub. Konsertdə təqdim olunan milli mahnı və rəqslər, nağara ritm qrupunun əsrarəngiz ifası, klassik milli və bəşəri musiqilər alqışlarla müşayiət olunub. Sonda çıxış edən musiqi məktəbinin direktoru Vüsal Məmmədov şimali kipr türk cumhuriyyətinin çağdaş muzik dərnəyi və digər mədəniyyət qurumları ilə təmsil etdiyi kollektivin sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu bildirib.

O Şimali Kipr - Azərbaycan Dostluq Cəmiyyəti ilə bu əlaqələri daha da möhkəmləndirmək niyyətində olduğunu açıqlayıb. Vüsal Məmmədov nümayəndə heyətinin rəhbəri və dostluq cəmiyyətinin sədri Orxan Həsənoğlunu Fəxri Fərmanla təltif edib. Rəsmi qonaq da öz növbəsində burada görüb duyduqlarından məmnun qaldıqlarını söyləyib.

Görüşün sonunda xatirə şəkilləri çəkdirilib.

Şimali Kipr Türk Cumhuriyyəti - Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Qazaxıstan və Rusiyadan olan türkçü fəalların müşayiət ilə Mingəçevir musiqi məktəbinin qonağı olub - FOTO

Şərh / Cavab göndərən