Qaranlıq Rejim
Image
  • bazar ertəsi, 13 iyul 2026
“Yaşıl Bağ” layihəsi çərçivəsində növbəti praktik təlim təşkil olunub

“Yaşıl Bağ” layihəsi çərçivəsində növbəti praktik təlim təşkil olunub

Mingəçevir şəhər N.Gəncəvi adına 8 nömrəli tam orta ümumtəhsil məktəbində həyata keçirilən “Yaşıl Bağ- Aqronomluq bacarıqlarının inkişafı" layihəsi çərçivəsində növbəti praktik təlim təşkil olunmuşdur.
Praktik təlim zamanı layihənin eksperti Aynur Quliyeva, layihənin rəhbəri Ruhane MusayevaRuhan və Mingəçevir Dövlət Universitetinin “Bir Könüllü” təşkilatının rəhbəri Qorxmaz Rəhimovun iştirakı və dəstəyi ilə könüllü tələbələrin və şagirdlərin birgə iştirakı nəticəsində müxtəlif bitki kollarının əkilməsi prosesi həyata keçirilmişdir.
Təlim çərçivəsində iştirakçılar əkin qaydaları, torpağın hazırlanması və bitkilərə düzgün qulluq üsulları barədə praktiki biliklər əldə etmişlər.
Xatırladırıq ki, “Yaşıl Bağ- Aqronomluq bacarıqlarının inkişafı" layihəsi IX Qrant müsabiqəsinin qalibi olmuşdur və layihənin rəhbəri Ruhanə Musayevadır.
“Yaşıl Bağ” layihəsi çərçivəsində növbəti praktik təlim təşkil olunub
“Yaşıl Bağ” layihəsi çərçivəsində növbəti praktik təlim təşkil olunub
“Yaşıl Bağ” layihəsi çərçivəsində növbəti praktik təlim təşkil olunub

Şərh / Cavab göndərən