Tələbələrə şad xəbər : semestr imtahanları ləğv edilə bilər
Qış mövsümündə müşahidə olunan sərt hava şəraiti, xüsusilə qar və şaxta, imtahan sessiyası zamanı tələbələrin ali təhsil müəssisələrinə gedib-gəlməsində müəyyən çətinliklər yarada bilər. Bu da imtahanların onlayn formatda təşkili və ya onların ertələnməsi ehtimalını gündəmə gətirir. Bəs qış imtahanlarının keçirilmə forması dəyişdirilə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirib ki, fövqəladə vəziyyətlərdə imtahanların təşkili qaydalarına yenidən baxıla bilər. Onun sözlərinə görə, belə hallarda imtahanların vaxtının və ya formatının dəyişdirilməsi Nazirlər Kabineti və Elm və Təhsil Nazirliyinin razılığı əsasında həyata keçirilir.
Ekspert vurğulayıb ki, əgər hava şəraiti ciddi təhlükə yaradarsa, tələbələrin təhlükəsizliyi prioritet götürülərək alternativ qərarlar qəbul oluna bilər. Bu isə imtahanların təxirə salınması və ya distant formada keçirilməsi kimi variantları mümkün edir.
Məzahir Məmmədli əlavə edib ki, bu cür yanaşma yalnız Azərbaycanda deyil, digər ölkələrdə də tətbiq olunur və fövqəladə hallarda dövlət qurumlarının qərarları əsas götürülür.
Qeyd edək ki, hazırda qış imtahanlarının onlayn keçirilməsi və ya ləğv olunması ilə bağlı hər hansı rəsmi qərar mövcud deyil. Belə qərarlar yalnız hava şəraitinin kəskin şəkildə pisləşməsi və təhlükəsizlik risklərinin artması halında qəbul oluna bilər.
Şərh / Cavab göndərən
Oxşar Postlar
Recent Posts
Recommended Posts
-
Yorucu İş Günündən Sonra...
- Post edən Səkinə
- fevral 10, 2025
-
Təlimçi bolluğu: Həqiqi m...
- Post edən Qurban
- fevral 9, 2025
-
"Alimlər insanların daha...
- Post edən Səkinə
- fevral 10, 2025