"Rəsm otağı” qrant layihəsi çərçivəsində açılış mərasimi baş tutub.
Layihə çərçivəsində məktəblilərin təsviri sənət bacarıqlarının inkişaf etdirilməsi, estetik zövqün formalaşdırılması və yaradıcı düşüncənin gücləndirilməsi üçün xüsusi fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu məqsədlə şagirdlər rəng duyumu, kompozisiya, təsvir texnikaları və yaradıcı ifadə bacarıqları ilə bağlı praktiki məşğələlərdə iştirak edəcək, fərdi yaradıcılıq işləri üzərində çalışma imkanı əldə edəcəklər. Tədris prosesi uşaqların özünüifadə imkanlarını genişləndirməyi, onların yaradıcılıq potensialını üzə çıxarmağı və təsviri sənətə olan marağını artırmağı hədəfləyir.
Xatırladırıq ki, “Rəsm otağı” qrant layihəsi Məsimova Xəyalə tərəfindən Ağstafa rayonu F. Kərimova adına Muğanlı kənd tam orta məktəbində həyata keçirilir. Layihənin məqsədi bölgədə yaradıcı təhsil mühitinin formalaşdırılması, şagirdlərin təsviri sənət bacarıqlarının təkmilləşdirilməsi və onların sənətə olan marağının artırılmasıdır. Layihənin sonunda məktəblilərin çəkdiyi rəsm işlərindən ibarət sərgi təşkil olunacaq.
Etiketlər
Şərh / Cavab göndərən
Oxşar Postlar
Recent Posts
Recommended Posts
-
Yorucu İş Günündən Sonra...
- Post edən Səkinə
- fevral 10, 2025
-
Təlimçi bolluğu: Həqiqi m...
- Post edən Qurban
- fevral 9, 2025
-
"Alimlər insanların daha...
- Post edən Səkinə
- fevral 10, 2025