Qaranlıq Rejim
Image
  • cümə, 23 oktyabr 2026
Unudulmaz rejissor Lətif Səfərovun anım günü

Unudulmaz rejissor Lətif Səfərovun anım günü

Azərbaycan kinosunda özünəməxsus üslubu ilə seçilən rejissorlar arasında Lətif Səfərov xüsusi yer tutur. Kinoya yeni nəfəs gətirən, quruluş verdiyi filmlərlə illər ötsə də tamaşaçıları təsirləndirməyə davam edən böyük rejissorun vəfatından bu gün 61 il keçir.
Lətif Səfərov 1920-ci ildə Şuşada dünyaya göz açıb. Yeddi yaşında rejissor Leo Murun “Gilan qızı” filmində çəkilməklə kino dünyasına qədəm qoyub. Daha sonra “Sevil”, “Lətif”, “Qızıl kol” filmlərində uşaq obrazları ilə tanınıb. Peşəkar rejissorluğa isə Moskvadakı Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alaraq başlayıb.
1955-ci ildə lentə aldığı “Bəxtiyar” filmi onun böyük kinodakı ilk və uğurlu işlərindən biri hesab olunur. Bu filmin baş rolunda Rəşid Behbudovun iştirakı və peşəkar aktyor truppasının iştirakı filmin uğuruna böyük təsir göstərmişdir.
Rejissorun digər məşhur filmləri sırasında “Leyli və Məcnun” və “Qızmar günəş altında” xüsusi qeyd edilir. Bu filmlər Azərbaycan kinosunun parlaq nümunələrindəndir və tamaşaçılar tərəfindən bu gün də sevilərək izlənilir.
Lətif Səfərovun həyatı da istedadlı sənətkarların taleyinə xas olan keşməkeşlərdən keçib. O, 1958-1963-cü illər arasında Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri vəzifəsini icra edib və kinomuzun inkişafına mühüm töhfələr verib.
1963-cü ilin dekabrın 9-da faciəli şəkildə dünyasını dəyişən rejissorun adı və yaratdığı filmlər Azərbaycan kino tarixində əbədi olaraq qalacaq.
“Günboyu.az” onun xatirəsini dərin hörmətlə anır.

Şərh / Cavab göndərən