Qaranlıq Rejim
Image
  • çərşənbə, 13 may 2026
Oğuzda şagirdlər üçün kritik qərarvermə bacarıqlarını inkişaf etdirən simulyasiya məşğələsi keçirilib

Oğuzda şagirdlər üçün kritik qərarvermə bacarıqlarını inkişaf etdirən simulyasiya məşğələsi keçirilib

Elm və Təhsil Nazirliyinin elan etdiyi Təhsildə qrantlar müsabiqəsinin qalib layihələrindən olan “Özünü tanı, cəmiyyətə dəyər qat” təşəbbüsü çərçivəsində növbəti maarifləndirici fəaliyyət həyata keçirilib. Layihə çərçivəsində “Kritik situasiya: düzgün qərarı necə verək?” mövzusunda rol oynama və simulyasiya məşğələsi təşkil olunub.

Məşğələ Gənc Debatçı Səbinə Əliyeva tərəfindən keçirilib. Tədbir zamanı iştirakçılar müxtəlif kritik situasiyalar əsasında hazırlanmış ssenarilər üzərində çalışaraq real həyatda qarşılaşa biləcəkləri vəziyyətləri modelləşdiriblər.

Simulyasiya prosesi çərçivəsində şagirdlərə situasiyanı düzgün analiz etmək, alternativ variantları qiymətləndirmək, riskləri nəzərə almaq və əsaslandırılmış qərar qəbul etmək mexanizmləri izah olunub. Rol bölgüsü əsasında iştirakçılar fərqli mövqelərdən çıxış edərək hadisələrə çoxşaxəli yanaşma nümayiş etdiriblər.

Məşğələ interaktiv formatda təşkil edilib və qrup müzakirələri ilə müşayiət olunub. Şagirdlər qərarvermə zamanı emosional təsirlərin idarə olunması, faktlara əsaslanma və məntiqi ardıcıllığın qorunması kimi vacib bacarıqları praktik şəkildə tətbiq ediblər. Bu proses onların həm fərdi, həm də komanda daxilində düşünmə və fəaliyyət bacarıqlarının inkişafına töhfə verib.

“Kritik situasiya: düzgün qərarı necə verək?” mövzusunda keçirilən rol oynama və simulyasiya məşğələsi layihənin məqsədlərinə uyğun olaraq şagirdlərdə məsuliyyətli seçim etmə, problem həll etmə və liderlik keyfiyyətlərinin formalaşdırılmasına xidmət edir.

Qeyd edək ki, “Özünü tanı, cəmiyyətə dəyər qat” layihəsi Oğuz rayonunun Xaçmaz kənd tam orta məktəbində icra olunur. Layihənin rəhbəri Vüsal Oğuz Əlfiyevdir. Layihə çərçivəsində gənclərin sosial və intellektual inkişafını dəstəkləyən fəaliyyətlərin davam etdirilməsi nəzərdə tutulur.

Oğuzda şagirdlər üçün kritik qərarvermə bacarıqlarını inkişaf etdirən simulyasiya məşğələsi keçirilib
Oğuzda şagirdlər üçün kritik qərarvermə bacarıqlarını inkişaf etdirən simulyasiya məşğələsi keçirilib

Şərh / Cavab göndərən

Popular Posts

Bülleten

Yeniləmələri almaq üçün poçt siyahımıza abunə olun!