Qaranlıq Rejim
Image
  • cümə, 23 oktyabr 2026
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın iclası keçirilib və yeni üzvləri təqdim edilib

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın iclası keçirilib və yeni üzvləri təqdim edilib

Fevralın 6-da Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının iclası keçirilib.

 

Komissiyanın sədri Samir Nuriyev iclasda, Prezident İlham Əliyevin korrupsiyaya qarşı mübarizə sahəsində müəyyən etdiyi hədəflərə çatmaq üçün Komissiyanın üzərinə düşən əsas vəzifələri təqdim edib. O, 2024-cü ildə dövlət idarəçiliyində səmərəliliyin artırılması, şəffaflığın gücləndirilməsi və korrupsiyaya qarşı mübarizənin davamlı şəkildə aparılması üçün görülən tədbirlərdən bəhs edib.

Komissiya sədri qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatların uğurlarının möhkəmləndirilməsi üçün korrupsiyaya qarşı mübarizə mühüm rol oynayır. Dövlət orqanlarının fəaliyyətində hesabatlılığın artırılması, ictimai etimadın gücləndirilməsi və dövlət əmlakının düzgün idarə olunması sahəsində yeni çağırışlar da bu mübarizənin sistemli və davamlı şəkildə aparılmasını şərtləndirir.

İclasda, həmçinin Komissiyanın Milli Məclisi tərəfindən seçilən yeni üzvləri təqdim olunub və korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq məsələləri müzakirə edilib. GRECO-nun 5-ci dəyərləndirmə raundu üzrə tövsiyələr və məhkəmə-hüquq islahatlarının korrupsiyaya qarşı mübarizəyə təsiri haqqında məruzələr dinlənilib. Dövlət orqanlarının fəaliyyətində korrupsiya risklərinin müəyyən edilməsi və qarşısının alınması məsələləri də müzakirə olunub. Sonda, Komissiyanın növbəti dövr üçün iş planı və Reqlamenti təsdiq edilib.

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın iclası keçirilib və yeni üzvləri təqdim edilib

Şərh / Cavab göndərən