Xaldan kənd kompleks tam orta məktəbində Xalq Sənəti təlimləri keçirilir.
“Xalq Sənəti, İncəsənət Tarixi və Rəssamlıq” mövzusunda təlim keçirilib
Elm və Təhsil Nazirliyinin elan etdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII qrant müsabiqəsində qalib olan Mərkəzi Aran Regional Təhsil İdarəsi Yevlax rayonu təhsil sektorunun tabeliyində olan, Xaldan kənd kompleks tam orta məktəbinin müəllimi Pərvanə Hacıyevanın rəhbərlik etdiyi ART -Studio layihəsinin təlimləri uğurla həyata keçirilir.
Azərbaycan – mədəniyyətin təbliği məqsədilə həyata keçirilən layihə çərçivəsində növbəti təlim uğurla təşkil olunub. Bu dəfə “Xalq Sənəti, İncəsənət Tarixi və Rəssamlıq” mövzularına həsr edilmiş təlim, iştirakçıların incəsənətə dair biliklərini artırmaq və onların yaradıcılıq potensialını inkişaf etdirmək məqsədini daşıyırdı.
Təlim zamanı şagirdlərə xalq sənətinin zəngin irsi, Azərbaycan incəsənət tarixinin mühüm mərhələləri və rəssamlıq sənətinin əsas prinsipləri ilə bağlı nəzəri və praktiki məlumatlar təqdim edilib. Təlimçi Aynur Quliyeva mövzuya dair maraqlı faktlar və nümunələrlə zənginləşdirilmiş dərslər keçib.
Təlimin əsas məqamları: Azərbaycan xalq sənətinin unikal nümunələri.
İncəsənət tarixində Azərbaycan rəssamlarının rolu.
İştirakçılar tərəfindən praktiki rəssamlıq tapşırıqlarının yerinə yetirilməsi.
Təlimdə iştirakçılar öz yaradıcılıqlarını ifadə etmək imkanı qazanıb, mədəniyyətlərarası harmoniyanın incəsənət vasitəsilə necə formalaşa biləcəyini öyrəniblər. Tədbir çərçivəsində keçirilən qrup işləri və müzakirələr iştirakçıların təlimdən aldıqları məlumatları praktik olaraq tətbiq etmələrinə imkan yaradıb.
Bu layihə, Azərbaycanın zəngin mədəni irsinin gənc nəslə ötürülməsi və onların sənətə olan maraqlarını artırmaq məqsədinə xidmət edir.
Tədbirin sonunda iştirakçılara mövzu ilə bağlı praktiki tapşırıqlar təqdim edilib və onların fərdi baxışlarını bölüşmək imkanı yaradılıb.
Şərh / Cavab göndərən
Oxşar Postlar
Recent Posts
Recommended Posts
-
Yorucu İş Günündən Sonra...
- Post edən Səkinə
- fevral 10, 2025
-
Təlimçi bolluğu: Həqiqi m...
- Post edən Qurban
- fevral 9, 2025
-
"Alimlər insanların daha...
- Post edən Səkinə
- fevral 10, 2025