Qaranlıq Rejim
Image
  • cümə, 23 oktyabr 2026
“Özünü tanı, cəmiyyətə dəyər qat” layihəsi çərçivəsində yeni təlim baş tutub

“Özünü tanı, cəmiyyətə dəyər qat” layihəsi çərçivəsində yeni təlim baş tutub

Elm və Təhsil Nazirliyinin elan etdiyi Təhsildə qrantlar müsabiqəsinin qalib layihələrindən olan “Özünü tanı, cəmiyyətə dəyər qat” təşəbbüsü çərçivəsində növbəti maarifləndirici təlim keçirilib. Bu dəfə təşkil olunan sessiya “Ailə, cəmiyyət və mənim rolum” mövzusuna həsr edilib.

Təlim Mingəçevir Dövlət Universitetinin müəllimi Şəbnəm İslamova tərəfindən aparılıb. Sessiya zamanı ailə institutunun cəmiyyətdəki rolu, fərdin sosial mühitdə məsuliyyəti və sağlam münasibətlərin qurulmasının əhəmiyyəti ilə bağlı geniş müzakirələr təşkil olunub.

Təlim çərçivəsində iştirakçılara ailə dəyərləri, qarşılıqlı hörmət və anlayış, sosial münasibətlərdə etik davranış qaydaları, eləcə də gənclərin cəmiyyət qarşısındakı öhdəlikləri barədə ətraflı məlumat verilib. Şagirdlər müxtəlif situasiyalar əsasında ailə və ictimai münasibətlərdə düzgün mövqe seçiminin vacibliyini təhlil ediblər.

Sessiya interaktiv formatda təşkil olunub, qrup müzakirələri və praktik tapşırıqlarla müşayiət edilib. İştirakçılar ailə və cəmiyyət münasibətlərində öz rollarını müəyyənləşdirərək məsuliyyətli davranış modelinin formalaşdırılması istiqamətində fikir mübadiləsi aparıblar. Bu proses onların sosial şüurunun və vətəndaşlıq mövqeyinin güclənməsinə töhfə verib.

“Ailə, cəmiyyət və mənim rolum” mövzusunda keçirilən təlim layihənin məqsədlərinə uyğun olaraq gənclərdə sağlam ailə dəyərlərinin təşviqinə, sosial məsuliyyət hissinin artırılmasına və aktiv vətəndaş mövqeyinin formalaşdırılmasına xidmət edir.

Qeyd edək ki, “Özünü tanı, cəmiyyətə dəyər qat” layihəsi Oğuz rayonunun Xaçmaz kənd tam orta məktəbində icra olunur. Layihənin rəhbəri Vüsal Oğuz Əlfiyevdir. Layihə çərçivəsində şagirdlərin sosial və intellektual inkişafını dəstəkləyən fəaliyyətlərin davam etdirilməsi nəzərdə tutulur.

“Özünü tanı, cəmiyyətə dəyər qat” layihəsi çərçivəsində yeni təlim baş tutub
“Özünü tanı, cəmiyyətə dəyər qat” layihəsi çərçivəsində yeni təlim baş tutub

Şərh / Cavab göndərən