Təhsildə ictimaiyyətlə əlaqələr: Mahiyyəti, rolu və beynəlxalq təcrübə
Müasir dünya informasiya texnologiyalarının güclü təsiri altında formalaşır və bu təsir ictimaiyyətlə əlaqələr (PR) sahəsini daha vacib edir. Təhsil sferasında PR strategiyalarının qurulması və effektiv istifadəsi təhsil müəssisələrinin imicinin formalaşdırılması, tələbələrin və ictimaiyyətin məlumatlandırılması və eyni zamanda bu qurumların etibarının qorunması baxımından olduqca çox vacibdir.
Bu sözləri "Günboyu.az" saytının redaktoru, sosial media mütəxəssisi Qurban Qurbanzadə bildirib.
İctimaiyyətlə əlaqələr nədir və təhsildə niyə önəmlidir?
İctimaiyyətlə əlaqələr bir qurumun ictimaiyyətlə effektiv kommunikasiyasını qurması, etibar və inam yaratması ücün mühüm vasitədir. Təhsil sistemində bu sahənın rolu aşağıdakı istiqamətlər də daxil olmaqla geniş spektri əhatə edir:
· Təhsil müəssisəsinin imicinin formalaşdırılması: Universitet və məktəblər cəmiyyətdə etibar qazanmaq ücün PR strategiyalarının fəal istifadəsinə ehtiyac duyurlar.
· Cəmiyyətlə aktiv dialoq: Valideynlər, tələbələr, müəllimlər və dövlət qurumları ilə şaf və effektiv kommunikasiyanı qurmaq.
· Təhsil proqramlarının tanıdılması: Yeni proqramların, ixtisasların və təqaüd imkanlarının cəmiyyətə effektiv şəkildə çatdırılması.
· Beynəlxalq təhsil əlaqələrinin qurulması: Xarici universitetlərlə mütəmadi əlaqələr quran universitetlər beynəlxalq rəqabətdə daha çox ön planda olur.
İctimaiyyətlə əlaqələrin təhsil sisteminə inteqrasiyası
- Rəqəmsal platformaların istifadəsi: Sosial media, bloqlar və onlayn platformalar vasitəsilə universitetlər və məktəblər daha geniş auditoriyaya çata bilər.
- Media ilə əməkdaşlıq: Təhsil müəssisələri jurnalistlər və media qurumları ilə yaxın əməkdaşlıq etməklə cəmiyyətdə maarifəndirmə apara bilər.
- Daxili kommunikasiya strategiyaları: Universitet daxilində effektiv kommunikasiya mexanizmlərinin qurulması akademik və inzibati heyətin daha ahəngdar şəkildə işləməsinə yardım edir.
Avropa təcrübəsi
Avropanın qabaqcıl universitetləri ictimaiyyətlə əlaqələr strategiyalarından geniş istifadə edirlər. Məsələn, Böyük Britaniyanın Oksford və ya Almaniyanın Humboldt Universiteti sosial media kanallarından effektiv istifadə edərək, tələbələrə və ictimaiyyətə universitet haqqında dolğun məlumat verir. Həmçinin, Avropa universitetləri PR və marketinq komandalari yaradaraq, təhsil proqramlarının effektiv şəkildə tanıdılmasına önəm verirlər. Bu gün bu təcrübə bir sıra Azərbaycan ali təhsil müəssisələri tərəfindən müxtəlif formada istifadə edilir. Universitetlərimiz tədrislə yanaşı tədqiqat universitetinə çevrilmə yolunda öz strategiyalarını yürüdürlər. Təbii ki, buna uyğun da öz PR strategiyalarını aparır, öz profillərinə uyğun yerli və xarici alimlərin cəlbinə şərait yaradırlar.
Təhsildə ictimaiyyətlə əlaqələr strateji və fərdi yanaşma tələb edir və təhsil sisteminin ictimai nüfuzunu qorumaqla yanaşı, cəmiyyətdə təhsilin rolu haqqında dolğun məlumat verir. Beynəlxalq təcrübdən faydalanaraq bu sahənin ölkəmizin təhsil sisteminə daha dərindən inteqrasiya edilməsi əhəmiyyətli addım ola bilər. Həm universitetlər, həm də orta təhsil mərkəzləri ictimaiyyətlə əlaqələrin vacibliyini anlayaraq bu sahəyə diqqət etməlidirlər.
Şərh / Cavab göndərən
Oxşar Postlar
Recent Posts
Recommended Posts
-
Yorucu İş Günündən Sonra...
- Post edən Səkinə
- fevral 10, 2025
-
Təlimçi bolluğu: Həqiqi m...
- Post edən Qurban
- fevral 9, 2025
-
"Alimlər insanların daha...
- Post edən Səkinə
- fevral 10, 2025