Niyə çox bilənlər daha çox susur ?
Sosial şəbəkələrdə ən çox danışanların çoxu elə ən az bilənlər olduğunu müşahidə etmisinizmi? Çox bilikli, təcrübəli və dərin düşüncəli insanlar isə çox vaxt səssiz qalırlar. Bəs niyə?
Fəlsəfənin atası olan Sokratın məhşur sözünü xatırlayaq “Bildiyim bir şey varsa, o da heç nə bilmədiyimdir.” Bu, yalnız təvazökarlıq deyildi bu, dərin bilginin gətirdiyi şübhə və məsuliyyət hissi idi.
Bilən insan danışmazdan əvvəl düşünür: “Sözüm doğrudan da nəyisə dəyişəcəkmi?”, “Yanlış anlaşılmaq riski varmı?”, “Doğru məqamdırmı?” - bu suallar onu düşünməyə və susmağa vadar edir.
Halbuki az bilən insanlar çox zaman bu sualları özlərinə vermir. Onlar üçün danışmaq elə özünü göstərməkdir. Bu da cəmiyyətin informasiya axınında səslərin keyfiyyətini deyil, sayını artırır.
Amma susanlar, əslində daxildə danışırlar. Onların sükutu - bəzən etirazdır, bəzən müşahidədir.
Əsas sual budur: Biz bu səssizləri necə eşidə bilərik ?
Gənclər olaraq biz susan dostlarımızı, müəllimlərimizi, hətta öz daxili səsimizi belə eşitməyi öyrənməliyik. Əks halda danışanların çoxluğu bizi yanlış yönə aparacaq.
Bəlkə bir gün danışmağı seçənlər sükutu qoruyanlardan öyrənsə, dünya daha doğru səslə danışar.
Şərh / Cavab göndərən
Oxşar Postlar
Recent Posts
“Konstitusiya Kuboku” adl...
- Post edən Aynur
- aprel 8, 2026
Azərbaycan–Qazaxıstan ali...
- Post edən Hamil
- aprel 8, 2026
Dayanıqlı tərəfdaşlıqlar...
- Post edən Hamil
- aprel 8, 2026
Rektor Anar Eminov kafedr...
- Post edən Aynur
- aprel 6, 2026
Recommended Posts
-
Yorucu İş Günündən Sonra...
- Post edən Səkinə
- fevral 10, 2025
-
Təlimçi bolluğu: Həqiqi m...
- Post edən Qurban
- fevral 9, 2025
-
"Alimlər insanların daha...
- Post edən Səkinə
- fevral 10, 2025