Şəhid məzununun övladı məktəbə ilk addımını atdı – MDU rəhbərliyi yanında oldu
Mingəçevir Dövlət Universitetində (MDU) “Bilik Günü” xüsusi məna daşıyan anlarla yadda qaldı. Universitetin şəhid məzunu Oruc Nəcəflinin qızı bu il Mingəçevir şəhəri 8 nömrəli tam orta məktəbin birinci sinfinə qədəm qoydu.
Tədbir çərçivəsində MDU-nun rektoru Anar Eminov şəhidimizin övladını təbrik edərək ona uğurlar arzuladı. Balaca məktəbliyə təhsil yolunda daim universitet kollektivinin dəstəyini hiss edəcəyi vurğulandı.
Rektor Anar Eminov çıxışında bildirdi ki, Mingəçevir Dövlət Universiteti hər zaman şəhid ailələrinin yanında olub və bundan sonra da onların övladlarının təhsilinə, gələcək inkişafına xüsusi qayğı göstərəcək:
“Şəhidlərimizin ruhu qarşısında baş əyir, onların övladlarını isə öz övladlarımız kimi görürük. Bu gün Oruc Nəcəflinin qızının məktəbə başlaması bizim üçün də qürurverici hadisədir.”
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetinin şəhid məzunlarının ailələri ilə bağlı sosial dəstək və diqqət ənənəsi davamlı olaraq həyata keçirilir.
Şərh / Cavab göndərən
Oxşar Postlar
Recent Posts
Mingəçevir Dövlət Univers...
- Post edən Səbinə
- iyun 3, 2026
“Start Fizika” qrant layi...
- Post edən Səbinə
- may 30, 2026
Şagirdlər “Yaşıl Bağ” lay...
- Post edən Səbinə
- may 26, 2026
“Yaşıl Bağ” layihəsi çərç...
- Post edən Səbinə
- may 26, 2026
Recommended Posts
-
Yorucu İş Günündən Sonra...
- Post edən Səkinə
- fevral 10, 2025
-
Təlimçi bolluğu: Həqiqi m...
- Post edən Qurban
- fevral 9, 2025
-
"Alimlər insanların daha...
- Post edən Səkinə
- fevral 10, 2025