Şəhidin hər iki valideyni dəm qazından vəfat etdi
Gunnoyu.az xəbər verir ki, 03.02.2025 tarixində, axşam saatlarında 44 günlük Vətən müharibəsi şəhidi Vahid Ağayevin hər iki valideyni - atası Məcnun kişi və anası Gülnaz xanım dəm qazından vəfat edib.
Qeyd edək ki, Vahid Ağayev 2020-ci ilin sentyabrın 29-da səfərbərlik yolu ilə II Qarabağ müharibəsinə yollanmışdır. Xocavənd, Füzuli, Cəbrayıl və Şuşada döyüşmüşdür. 2020-ci il noyabrın 11-də Şuşada şəhid olmuşdur. 17 noyabr 2020-də Maştağadakı Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunub.
Vahid Ağayev subay idi. Onun ailəsindən yalnız sağlamlıq imkanları məhdud qardaşı sağ qalıb.
Bütün şəhidlərimizin ruhu şad olsun.
Şərh / Cavab göndərən
Oxşar Postlar
Recent Posts
Psixonevroloji xidmətin h...
- Post edən Aynur
- mart 10, 2026
Milli Qəhrəman Natiq Qası...
- Post edən Aynur
- mart 5, 2026
“Heydər Əliyev İrsinin Da...
- Post edən Aynur
- mart 5, 2026
Mingəçevir Dövlət Univers...
- Post edən Aynur
- mart 5, 2026
Recommended Posts
-
Yorucu İş Günündən Sonra...
- Post edən Səkinə
- fevral 10, 2025
-
Təlimçi bolluğu: Həqiqi m...
- Post edən Qurban
- fevral 9, 2025
-
"Alimlər insanların daha...
- Post edən Səkinə
- fevral 10, 2025