“Whatsapp”da istədiyimiz yenilik: -Son görülməni, şəkilləri..

Dünyanın ən məşhur mesajlaşma proqramı olan “Whatsapp” tətbiqi dörd fərqli cihazdan istifadə etmək imkanı yaradıb.

Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, “Whatsapp” gizlilik parametrlərində dəyişikliklər edib.

Belə ki, artıq proqramda olan məlumatları istifadəçi kimə göstərmək istədiyini özü təyin edəcək.

“Whatsapp”-ın gətirəcəyi bu xüsusiyyət ilə şəkillərinizi, son görülmələrinizi və hekayənizi istədiyiniz şəxslər üçün seçə biləcəksiniz.

Qeyd edək ki, “Instagram”da buna oxşar funksiya “Close friends” adı altında uzun müddətdir ki, fəaliyyət göstərir.

Son xəbərlər