Üçbucaq keks həm praktik- Həm gözəl görünüşlü, həm də ləzzətli

Üçbucaq keks həm praktik- Həm gözəl görünüşlü, həm də ləzzətli


Qadin.az qonaqlarınıza və ya ani şirniyyat krizi zamanı asanlıqla hazırlaya biləcəyiniz üçbucaq keks üçün resept təqdim edir. Bu resept bir neçə dəqiqəyə hazır olur, sınaya bilərsiniz! Beləliklə, başlayaq ...


Vəsaitlər;
2 yumurta,
3/4 stəkan şəkər tozu,
1/4 stəkan yağ,
1/4 stəkan isti su,
1 paket vanil,
1 paket qabartma tozu,
1 stəkan un,
2 xörək qaşığı kakao,
1 stəkan süd,
1 stəkan kokos


Hazırlanma mərhələsi:
Yumurtanın sarısını və ağını ayırın. Yumurtanın ağına  şəkər əlavə edin və şəkər tamamilə həll olunana qədər mikserlə qarışdırın. Sonra sarısını əlavə edin və başqa 2 dəqiqə çalın. Yağ və su əlavə edin və 1 dəqiqə çalın.Soda, vanil və un əlavə edin və taxta qaşıqla qarışdırın.


Bir kvadrat soba tavasını yaxşıca yağlayın və keks qarışığını tökün. Əvvəlcədən isidilmiş 170 dərəcə sobada təxminən 20 dəqiqə bişirin.
Keksi sobada bişirərkən şkolad sousu hazırlayın.(hazır da istifadə edə bilərsiniz)

Lazım olan ərzaqlar

1. süd 500 ml
2. şəkər tozu yarım stəkan
3. kakao 3 ç. qaşığı
4. nişasta 2 dolu ç. qaşığı
5. şokolad 100 qram
6. kərə yağı 100 qram

Bişirmə ardıcıllığı

1. sousu hazırlayacağımz qazana südü, şəkər tozunu, kakaonu, nişastanı əlavə edib düyün qalamayacaq şəkildə çırpma teli ilə qarşdırıb    ocağa qoyuruq
2. qatılaşıb qaynayana qədər dayanmadan qarışdırırıq
3. qaynamağa başlayanda kərə yağını və şokoladı əlavə edib əriyənə qədər qarışdırırıq
4. 5dəqiqə qaynadıqdan sonra ocaqdan götürürük
5. şokolad sousu soyuyana qədər arabir qarışdırırıq ki, üzəri qabıq bağlamasın

Keksi sobadan götürdükdən sonra tamamilə soyudun və əvvəlcə 4 kvadrata, sonra hər kvadratı küncdən küncə, iki üçbucağa bölün. Beləliklə, 8 üçbucaqlıkeks əldə edirsiniz.
Hər üçbucağın kənarlarına əvvəlcə şokolad sousuna və sonra ətrafını kakosa batıraraq xidmət edə bilərsiniz.

Son xəbərlər