Polis Sevda Yəhyayevanın toyunda reyd keçirdi -FOTO
Dünən müğənni Sevda Yahyayevanın ötən il nikah masasına oturduğu həkim-genetik Zakir Bayramovla toyu olub.
Axşam.az xəbər verir ki, karantin qaydalarına görə cütlük toya az sayda yaxınını dəvət edib. Gecəyə qatılan qonaqların isə ilk növbədə COVID-19 pasportu yoxlanılıb.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı ilə Azərbaycanda iyulun 1-dən şənlik mərasimlərinin (toy, nişan və ad günü) keçirilməsinə icazə verilib. Amma bu zaman toy edəcək və məclisə qatılacaq şəxslər bəzi qaydalara əməl etməlidirlər. Bunlardan biri də peyvənd olunmaqdır. Belə ki, toya gedən şəxsin vaksin pasportu olmalıdır.