Engin Polat və Dilan Polat yenidən həbs ediliblər -Bu dəfə başqa cinayətdən!
Müğənni Banu Parlakın gözəllik mərkəzinə silahlı hücumu təşkil etdikləri səbəbi ilə məhkəməyə sövq edilən Dilan-Engin Polat cütlüyünün həbsinə qərar verilib. Digər tərəfdən, Dilan Polatın hakimin qərarı zamanı uzun müddət ağladığı və diz çökdüyü görüntülənib.
Gunboyu.az xəbər verir ki, hadisə oktyabrın 1-də müğənni Banu Parlakın Bahçeşehir 1-ci Hissə Təbiət Parkındakı gözəllik mərkəzində baş verib. İddiaya görə, saat 02.00-04.30 arasında gözəllik mərkəzinə gələn şübhəlilər silahla atəş açaraq qaçıblar. 5 güllə ilə vurulan gözəllik mərkəzində maddi ziyan dəyib.Hadisədən sonra Küçükçekmece Respublika Baş Prokurorluğu tərəfindən istintaq başladılıb. İstintaq çərçivəsində oktyabrın 5-də keçirilən əməliyyatla 5 şübhəli saxlanılıb.