Məşhur xanımlardan nümunəvi ofis stilləri -Dəb

Qırmızı xalı keçidlərində təmtəraqlı libasları ilə göz qamaşdıran Hollivud ulduzlarının gündəlik çıxışları da bir o qədər maraqlı, fərqli və diqqətəlayiqdir.
Ulduzların ilhamverici ofis stilləri ilə tanış edir:
Uzunboğaz çəkmə

Universitet tərzi elementlərini ilin əsas trendi, hündürdaban çəkmələrlə birləşdirmək bu qışın ən maraqlı moda cərəyanlarından biridir. Viktoriya Bekhemə diqqət yetirin, onları midi yun yubka və sviterlə uyğunlaşdırın.
Tvid jaket və dəri şalvar

Eleqant və çox fransızsayağıdır... Klassik cinsləri bu mövsüm aktual olan dəri şalvarlara dəyişin və obrazı tvid pencəklə tamamlayın. Vodolazka geyinməklə dəstə 70-ci illərin notlarını əlavə edə bilərsiniz.
Cins, bleyzer və jilet

Cinsə bleyzer və dəbli jilet əlavə edərək daha maraqlı görkəm ərsəyə gətirə bilərsiniz. Bu üsul ofis üçün uyğundur, burada həddən artıq ciddi geyim kodlarına riayət edilmir. Utilitar üslubda hazırlanmış jilet və ya hətta minimalist sırıqlı kurtka istifadə etmək olar.
Kostyum və uzun palto

İspaniya kraliçası Letisiyadan nümunə götürərək klassik yanaşmadan istifadə edin. Ciddi dama-dama kostyumun bej palto ilə ahəngini yaradın. Bundan lüks nə ola bilər?/Publika.az



Son xəbərlər