Məşhur televiziya kanallarında çalışan türkiyəli aparıcı vəfat etdi

Keçirdiyi yol-nəqliyyat hadisəsindən sonra vəziyyəti pisləşən və reanimasiyaya yerləşdirilən məşhur türkiyəli aparıcı Metin Uca həyatını itirib.

Bir neçə gün öncə əməliyyat olunan aparıcı ötən gecə vəfat edib.

Bu barədə onun meneceri Kübra Kalem Baykara sosial media hesabında paylaşım edib.

“Metin Ucamızı itirdik. Qəlbimiz ağrıyır”, - deyə menecer paylaşımda qeyd edib.

Metin Uca 1987-ci ildə “Anadolu” agentliyinə imtahan verdikdən sonra müxbir kimi fəaliyyətə başlayıb. 1989-cu ildə TRT-yə keçən aparıcı daha sonra “Kanal D”, “Show TV”, ATV, “Star TV” kimi qurumlarda müxbir və veriliş aparıcısı kimi çalışıb.

1999-cu ildən sonra “Günaydın Türkiyə” səhər xəbər proqramı və 2002-ci ildə “Star TV”-də yayımlanmağa başlayan “Passaparola” adlı müsabiqə ilə tanınıb. Sənətçi, həmçinin təkadamlıq tamaşalarda çıxış edib və səsləndirmə ilə də məşğul olub. Metin Uca 2010-2011-ci illər arasında “Passaparola” verilişinin aparıcısı olub.


Son xəbərlər