İran boksçusu haqqında edam hökmü çıxarıldı
İran boksçusu Məhəmmədcavad Vəfai-Sani haqqında edam hökmü çıxarılıb.
Gunboyu “Qafqazinfo"ya istinadən xəbər verir ki, ölkə çempionu olmuş idmançı 2019-cu ildə yanacağın qiymətinin bahalaşmasına etiraz aksiyalarında “hökumət binalarının yandırılmasında və dağıdılmasında iştirak etməkdə” ittiham olunur.
2020-ci ildə saxlanılan boksçu haqqında qərar bir neçə gün öncə verilib.
Qeyd edək ki, 2020-ci ilin avqustunda güləş üzrə İran çempionu Nəvid Əfkari haqqında da ölüm hökmü çıxarılmışdı.