Ağakərim yenidən insult keçirdi

Uzun müddətdir səhhətindəki problemlərlə mübarizə aparan meyxanaçı Kərim Novruzov (Ağakərim) yenidən insult keçirib.

Medicina.az xəbər verir ki, bu barədə onun dostu, həmkarı Ağamirzə Məmmədov “Günün sədası” proqramına məlumat verib. O bildirib ki, söz ustadı bir həftə əvvəl insult keçirib. Onun vəziyyəti birdən pisləşib, gözləri qaralıb. Sonra oğlu Kamilin evə gətirdiyi həkim atasının insult keçirdiyini deyib.
Qeyd edək ki, 2017-ci ildə Ağakərimin beyninə qan sızıb. O, hazırda yataq xəstəsidir.

Son xəbərlər