Qaranlıq Rejim
Image
  • çərşənbə, 13 may 2026

"Səksənə çatanda səksənir hamı" - Ramiz Rövşən özünə şeir həsr etdi

Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Ramiz Rövşənin 79 yaşı tamam olub. Bu əlamətdar gün münasibətilə şair yeni bir şeir səsləndirib və həmin anlar ictimaiyyətlə paylaşılıb.

Ramiz Rövşənin şeiri oxuduğu video Mətbuat Şurasının sədri Rəşad Məcid tərəfindən sosial şəbəkə hesabında yayımlanıb. Şairin illərin fəlsəfəsini, zamanın insan üzərində buraxdığı izləri poetik dillə ifadə etdiyi şeir böyük maraqla qarşılanıb:

“Çatdıq, uzun ömür buymuş demək,
Axı görə bilmir 80-i hamı.
Tək bircə sənsənmi, yoxsa sənin tək,
80-ə çatanda səksənir hamı.”

Bu misralar Ramiz Rövşənin yaradıcılığına xas olan dərin həyat müşahidəsini, yaşa və zamana ironik, eyni zamanda kədərli baxışını əks etdirir. Şeir sosial şəbəkə istifadəçiləri və ədəbiyyatsevərlər tərəfindən böyük rəğbətlə qarşılanıb, şairə ünvanlanan çoxsaylı təbrik və xoş arzular paylaşılıb.

Qeyd edək ki, Ramiz Rövşən 1946-cı il dekabrın 15-də Bakı şəhərinin Əmircan qəsəbəsində anadan olub. O, Azərbaycan poeziyasına özünəməxsus üslub, fəlsəfi dərinlik və emosional səmimiyyət gətirən sənətkarlardandır. Onun şeirləri onilliklərdir oxucuların düşüncə və duyğularına təsir göstərir, bir neçə nəslin mənəvi yaddaşında xüsusi yer tutur.

79 yaşında da sözə, poeziyaya və düşüncəyə sadiq qalan Ramiz Rövşən yaradıcılığı ilə sübut edir ki, əsl şair üçün yaş yalnız rəqəmdir, sözün isə yaşı yoxdur.

Şərh / Cavab göndərən

Popular Posts

Bülleten

Yeniləmələri almaq üçün poçt siyahımıza abunə olun!