Qaranlıq Rejim
Image
  • çərşənbə, 13 may 2026
“Bir saat, min düşüncə” layihəsi çərçivəsində qazilərlə fərdi görüş baş tutub

“Bir saat, min düşüncə” layihəsi çərçivəsində qazilərlə fərdi görüş baş tutub

Layihənin növbəti mərhələsində Mingəçevir Dövlət Universiteti-nin ev sahibliyi ilə geniş tərkibli tədbirin təşkili nəzərdə tutulur. Belə ki, sosial və psixoloji ixtisaslar üzrə təhsil alan tələbələr başda olmaqla, 200 nəfərə yaxın auditoriyanın iştirakı ilə qrup terapiyası sessiyası və qazilərlə panel müzakirəsi keçiriləcək. Tədbirə akademik heyətin də böyük maraq göstərdiyi bildirilir.

Layihə çərçivəsində aparılan görüşlər göstərir ki, qazilər döyüşə hazırlıq prosesi, döyüş xatirələri, eləcə də müharibədən sonrakı həyat və fəaliyyətləri barədə düşüncələrini bölüşməkdə maraqlıdırlar. Onların dinlənilməsi və sosial-psixoloji baxımdan dəstəklənməsi layihə komandasının əsas prioritetlərindən biri kimi qiymətləndirilir.

Bu istiqamətdə fəaliyyət universitetin Pedaqogika və Psixologiya kafedrasının nəzdində fəaliyyət göstərən “Qazilərə sosial-psixoloji xidmət” mərkəzinin standartlarına uyğun şəkildə davam etdiriləcək. Layihə çərçivəsində tələbələrin də bu sosial məsuliyyəti dərk etməsi xüsusi vurğulanır.

Layihənin həyata keçirilməsində göstərilən dəstəyə görə universitetin rektoru Anar Eminov-a, kafedranın baş müəllimi və psixoloq İlhamə İsmayılova-ya, eləcə də təşkilati dəstəyə görə Aynur QuliyevaŞəbnəm İslamova-ya təşəkkür bildirilib.

 
 
 

Şərh / Cavab göndərən

Popular Posts

Bülleten

Yeniləmələri almaq üçün poçt siyahımıza abunə olun!